“Bakı”nın futbolçuları sübut etdi ki...”
12.03.2010 - 16:46
“İlk hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Külək oyunumuza maneçilik törədirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun məşqçisi Məqsəd Yaqubəliyev deyib.
“Bakı”nın türkiyəli baş məşqçisi Bülənt Korkmaz AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırıldığı üçün Unibank Premyer Liqasında “altılığ”ın ilk turunda “Qarabağ”ı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə texniki zonadan kənarda qalmaqla yanaşı, mətbuat konfransında iştirak etmək hüququndan məhrum idi. Korkmazı oyunda və mətbuat konfransında əvəzləyən köməkçisi Yaqubəliyevin fikrincə, fasilədə edilən dəyişiklər öz bəhrəsini verdi: “Nəticədə ikinci hissədə fərqli oyunun şahidi olduq. Oyunumuzda bəzi düzəlişlər nəticə verdi. Rəqib qapısına iki qol vuraraq, layiqli qələbə qazandıq. Futbolçularımız sübut etdi ki, lazım olanda vahid komanda kimi birləşməyi bacarırıq. Bu gün hamımız bir nöqtəyə vurduq və bizə çox vacib olan qələbəni qazandıq”.
Qeyd edək ki, “Bakı” xalları bərabərləşdiyi “Qarabağ”ı artıq şəxsi oyunlarda üstələyir.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0