Böyükağa Hacıyev: Bu qələbə bizim üçün vacib idi
12.03.2010 - 17:30
Böyükağa Hacıyev: Bu qələbə bizim üçün vacib idi
“Bu gün bərabər səviyyəli oyun keçdi. İki eyni gücdə olan komanda mübarizə aparırdı. Biz daha yaxşı oynayıb, qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sumqayıtın “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

52 yaşlı mütəxəssis yetirmələrinin Unibank Premyer Liqasının final mərhələsinin ilk turunda “Olimpik-Şüvəlan”ı əzmkarlıqla məğlub etmələrindən razı qalıb. O, səfərdə 2:1 hesabı ilə qələbə qazandıqları görüşdən sonra təşkil olunan mətbuat konfransında yaxşı nəticənin vacibliyini vurğulayıb: “Bu qələbə bizim üçün çox vacib idi. “Altılıq”da autsayderlər qrupundan uzaqlaşmaq üçün 3 xal qazanmalı idik. Bunu da bacardıq. İndi qarşıdakı – “Simurq”la oyunu düşünürük”.

“Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov isə yetirmələrinin qol vurmaq bacarığının olmamağından narazı qalıb: “Qol vurmaq üçün çox yaxşı imkanlarımız oldu. Həmin şanslardan yararlana bilmədik. Düzdür, sonradan rəqib qapısına yol tapa bildik. Lakin bu üstünlüyü qoruya bilməyib, qarşılaşmadan məğlub qyrıldıq”.
0