AFFA prezidenti Mişel Platiniyə 65 minlik stadiondan danışdı
12.03.2010 - 17:47
AFFA prezidenti Mişel Platiniyə 65 minlik stadiondan danışdı
Bu gün UEFA prezidenti Mişel Platini AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən görüşdə qitə futbol qurumunun baş katibi Gianni İnfantino, Milli Assosiasiyalar Departamentinin rəisi Teodor Teodoridis, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

AFFA tərəfindən 2009-cu il ərzində həyata keçirilən tədbirlər, Mərdəkanda, Dalğa İstirahət Mərkəzinin ərazisində inşası davam etdirilən, Bayıl qəsəbəsində tikilməsi planlaşdırılan stadionlar, bundan əlavə, dövlət tərəfindən inşa ediləcək 65 min nəfər azarkeş tutumuna malik arena barədə ətraflı məlumat verilib, 2010-cu ilin fəaliyyət proqramı müzakirə olunub. Platini rəsmi görüş başa çatandan sonra Abdullayevi nahara dəvət edib.
0