Hakan Şükür “Qalatasaray”a qayıdır
12.03.2010 - 17:42
Hakan Şükür “Qalatasaray”a qayıdır
Türkiyə futbolunun əfsanəvi nümayəndəsi Hakan Şükür “Qalatasaray”a qayıdır. Apasport.az saytının məlumatına görə, bu haqda Türkiyə mətbuatında xəbərlər yazılıb.

Hakan Şükürün “Cim Bom”a dönüb-dönməyəcəyi martın 27-də keçiriləcək prezident seçkilərindən asılıdır. Əgər prezidentliyə namizəd Adnan Öztürk həmin gün qalib gələrsə, onda veteran futbolçu vəzifəyə gətiriləcək. Hakana futbol klubu üzrə məsul menecer vəzifəsi tapşırılacaq. Artıq “Kral” ləqəbli hücumçunun bu təklifə müsbət cavab verdiyi bildirilir.

Xatırladaq ki, Hakan Şükür üst-üstə 13 il - 1992-2000 və 2003-08-ci illərdə “Qalatasaray”ın şərəfin qoruyub. İki il öncə peşəkar karyerasını bitirən hücumçu hazırda futbol şərhçisi işləyir.
0