“Neftçi” “İnter”i büdrədib, “Xəzər-Lənkəran”ı zirvədə saxladı
13.03.2010 - 17:51
“Neftçi” “İnter”i büdrədib, “Xəzər-Lənkəran”ı zirvədə saxladı
Unibank Premyer Liqasında final mərhələsinin ilk turu başa çatıb. Apasport.az saytının xəbərinə görə, bu gün baş tutan 2 qarşılaşmadan sonra turnir cədvəlində lider dəyişib.

Belə ki, “İnter” öz meydanında “Neftçi” ilə görüşdə qələbə hesabını qoruya bilməyib. “Bankirlər” fasiləyə üstün yollansalar da, ikinci hissədə Neaqa penaltidən fərqlənməklə, həm komandasını məğlubiyyətdən qurtarıb, həm də çempionatda vurduğu qolların sayını 10-a çatdırıb. İtirilən xallardan sonra “İnter” turnir cədvəlində ikinci pilləyə düşüb. Çünki paytaxt təmsilçisinin dünən “Qəbələ”ni darmadağın edən “Xəzər-Lənkəran”la xalları bərabərləşsə də, şəxsi oyunlar əsas götürülür və bunda lənkəranlılar (1:0 və 1:1) üstündür.

Günün digər qarşılaşması ikinci “altılıq”da baş tutub. Tovuzda “Turan” “Muğan”la üz-üzə gəlib və meydanı məğlubiyyətlə tərk edib.

XXIII tur
12 mart


"Xəzər-Lənkəran" - "Qəbələ" - 4:1

QOLLAR: Allan Lalin, 25; 61; Emeka Opara, 76; Denis Kalinkov, 90 - Milan Antiç, 82
Lənkəran. Mərkəzi stadion
İlk mərhələdəki oyunlar – 1:1, 1:0

"Bakı" - "Qarabağ" - 2:0
QOLLAR: Jaba, 56; Ramim, 76
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:0

"Simurq" - "Karvan" - 0:0
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 2:0, 2:3

"Olimpik-Şüvəlan" - "Standard" - 1:2
QOLLAR: Mirko Bunyevçeviç, 38 - Riçard Riqelme, 68; Fərid Quliyev, 75
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 1:0, 2:0

13 mart

"Turan" - "Muğan" - 1:2

QOLLAR:Nadir Nəbiyev, 84 - Vüsal Hüseynov, 49; Fərrux İsmayılov, 79
Tovuz. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 3:2, 1:0

"İnter" - "Neftçi" - 1:1
QOLLAR: Adrean Neaqa, 77 (p)- Branislav Çervenko, 44
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 1:2, 1:0

komandalar

o

q

h

m

t

x

1

"Xəzər-Lənkəran"

11

4

6

1

12-5

18

2

"İnter"

11

5

3

3

12-11

18

3

"Bakı"

11

4

3

4

10-9

15

4

"Qarabağ"

11

3

6

2

6-6

15

5

"Neftçi"

11

2

6

3

7-7

12

6

"Qəbələ"

11

1

4

6

7-16

7

7

"Simurq"

11

6

4

1

16-7

22

8

"Olimpik-Şüvəlan"

11

5

3

3

15-12

18

9

"Turan"

11

4

4

3

16-13

16

10

"Muğan"

11

3

4

4

7-8

13

11

"Standard"

11

3

3

5

9-14

12

12

"Karvan"

11

1

4

6

9-18

7


Bombardir: Adrean Neaqa (“Neftçi”) - 10
0