“Vurduğum qollarla Sxadadzeyə necə futbolçu olduğumu sübut etdim”
14.03.2010 - 00:05
“Vurduğum qollarla Sxadadzeyə necə futbolçu olduğumu sübut etdim”
“Karvan”da gözəl atmosfer var. Komandanın baş məşqçisi Yunis Hüseynov bizə əlavə stimul verir. Hər oyuna qələbə qazanmaq əzmi ilə çıxırıq. Məncə, qarşıdakı turlarda daha yaxşı təsir bağışlayacağıq". Bu sözləri apasport.az saytına açıqlamasında Yevlax klubunun əsas hücumçusu Xaqani Məmmədov deyib.

34 yaşlı forvard “İnter”dən “Karvan”a icarəyə verildikdən sonra qollarını sıralayır. Belə ki, qısa zaman kəsiyində 5 qola imza atıb. Xaqani qollarının davamını gətirib, bombardir olmağa çalışacağını bildirib: “İnter”də ehtiyat oyunçular skamyasında qalırdım. Baş məşqçi Kaxaber Sxadadze mənə söz verir, amma oynamaq şansı vermirdi. Kaxanın bu hərəkəti mənə pis təsir göstərirdi. Gedib ordan-burdan oyunçu gətirirdi, məni heç “18-liy”ə belə daxil etmirdi. Vurduğum qollarla ona necə futbolçu olduğumu sübut etdim. Əlbəttə, qarşıdakı oyunlarda da fərqlənib, bombardir olmaq niyyətindəyəm”.

Xatırladaq ki, Xaqani Məmmədov 2007/08 mövsümündə güclülər dəstəsinin bombardiri olub.
0