Azərbaycan futbolunda maraqlı hadisə
14.03.2010 - 00:09
Azərbaycan futbolunda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Olimpik-Şüvəlan” klubunun yarımmüdafiəçisi İlqar Qurbanov qeyri-adi vəziyyətdə xəsarət alıb.
Belə ki, axşam yatağına sağ-salamat uzanan İlqar səhər ayaq barmağının şişdiyini görüb. Həkim müayinəsi zamanı məlum olub ki, İlqarın barmağı çıxıb. Onun sol ayağının pəncə hissəsi təqribən 2 həftə gipsdə qalacaq. Futbolçu zədələnməsi ilə bağlı apasport.az saytına fikir bildirib: “Son vaxtlar əvvəlki formamı bərpa etmişdim. Lazım olmayan vaxtda zədələndim. Görünür, zədəni anında hiss etməmişəm. Yatıb-durduqdan sonra ağrılar baş qaldırmışdı. Təqribən 3-4 həftədən sonra futbol oynamaq iqtidarında olacağam”.
Xatırladaq ki, İlqar Qurbanov mövsümün əvvəlində "Olimpik-Şüvəlan"ın heyətinə cəlb olunub. Əsgər Abdullayevin vaxtında adətən, ehtiyatda qalan Qurbanov son turlarda mütəmadi oynayırdı. İlqar Türkiyənin “Fənərbaxça” klubunun yetirməsidir.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0