“Futbolçumuz qırmızı vərəqə alsa belə...”
13.03.2010 - 18:23
Unibank Premyer Liqasının XXIII turunda Tovuzda yerli "Turan" Salyanın "Muğan" klubunu qəbul etdi. Apasport.az saytının xəbərinə görə, ikinci hissədə Ekrem Hodziçin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda qalmasına baxmayaraq, "Muğan" rəqibinə 2:1 hesabı ilə qalib gəldi.
Qarşılaşma barədə fikirlərinin bildirən Nizami Sadıqov ("Turan") bildirib ki, oyun istədikləri kimi alınmayıb: “Əldə etdiyimiz qol imkanlarından lazımınca istifadə edə bilmədik. Bu oyunu unudub, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Almir Hurtiç isə ("Muğan") oyunun maraqlı keçdiyini söyləyib: “Meydançanın vəziyyətinin pis olmasına baxmayaraq, hər iki komanda yaxşı oynadı. İkinci hissədə futbolçumuz qırmızı vərəqə alandan sonra komandamız ruhdan düşmədi və oyunu qələbə ilə başa vurdu. Komandamı təbrik edirəm, "Turan"a qarşıdakı oyunlarda uğurlar arzulayıram”

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0