Azərbaycan futbolçusunu Türkiyədə cəzalandırdılar
15.03.2010 - 10:57
Azərbaycan futbolçusunu Türkiyədə cəzalandırdılar
Türkiyə çempionatının birinci dəstəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk dəfə iki Azərbaycan futbolçusu meydana çıxıb.

“Orduspor”a transfer olunduğu vaxtdan daim əsas heyətdə yer alan Anatoli Ponomaryovun komandası səfərdə “Karabük Kardemirspor”un qonağı olub. 28 yaşlı hücumçumuz 1:1 hesabı ilə bitən qarşılaşmanın yalnız son dəqiqəsində Şadi ilə əvəzlənib. Həmkarlarımız Anatolinin əməyini iki ulduzla qiymətləndirib.

“Kartalspor”un ehtiyat qapıçısı imici ilə çoxdan barışan Vitali Kovalyov da XXVI turun iştirakçısı olub. Qapısını 90 dəqiqə ərzində toxunulmaz saxlayan 33 yaşlı əlcək sahibi “Karşıyaka” üzərində səfər qələbəsində pay sahibi olub - 1:0. Vitali qarşılaşmanın 90+2-ci dəqiqəsində də “fərqlənib”. O, vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalanıb. Həmkarlarımız qapıçının da işini iki ulduzla dəyərləndirib.

Qeyd edək ki, 26 turdan sonra 34 xalı olan “Kartalspor” 10-cu, 7 xal geri qalan “Orduspor” 15-ci sırada qərarlaşıb.
0