Pasulko Azərbaycan və Qazaxıstan futbolunu müqayisə etdi
15.03.2010 - 12:11
Pasulko Azərbaycan və Qazaxıstan futbolunu müqayisə etdi
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Viktor Pasulko Azərbaycan və Qazaxıstan futbolunu müqayisə edib. Apasport.az saytının məlumatına görə, bu ildən Qazaxıstanın “Atırau” klubunu çalışdıran 49 yaşlı ukraynalı mütəxəssis yeni işə başladığı ölkənin futbolunu bizdən üstün tutur: “Mən Özbəkistan və Azərbaycanda da işləmişəm. Onu deyim ki, Qazaxıstanda futbolun səviyyəsi olduqca yaxşı səviyyədədir. Burada təşkilatçılıq yüksək səviyyədədir. Bu, azarkeşlərin dəstəyinə də aiddir. Başa düşürsünüz, Pasulko özü ilə futbolçular gətirmir. Mənə yaxşı səviyyəli futbolçular lazımdır. Axı qarşımızda duran vəzifə 3-cü yeri tutmaqdır”.

Qeyd edək ki, Pasulkonun yeni klubunda debütü uğursuz olub. “Atırau” Qazaxıstan Superkuboku uğrunda oyunda son çempion “Aktobe”yə 0:2 hesabı ilə uduzub.

Ölkəmizdə yarım il çalışan Pasulko 2005/06 mövsümün ikinci dövrəsindən sonra “Xəzər-Lənkəran”ı çempionatda məğlubiyyətsiz, yalnız ölkə kubokunda böyük hesablı yenilgi (0:3) ilə tərk etdi.
0