Leonardo Roşa daha bir il “İnter”də! - EKSKLÜZİV
15.03.2010 - 13:27
Bakının “İnter” klubu əsas oyunçularından biri braziliyalı Leonardo Roşa ilə müqavilənin müddətini daha bir illiyə uzadıb. Bu barədə apasport.az saytına paytaxt komandasının baş menecerinin müavini Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, məsələ artıq rəsmiləşib: “Roşanın müqaviləsinin müddəti yaya qədər nəzərdə tutulmuşdu. Biz səmərəli futbolçu olduğunu nəzərə alıb, onunla əməkdaşlığı davam etdirmək qərarına gəldik. Artıq yarımmüdafiəçi ilə yeni bir illik müqavilə imzalanıb”.
Xatırladaq ki, “İnter” Roşanın Premyer Liqada şərəfini qoruduğu ikinci klubdur. Belə ki, 25 yaşlı futbolçu FİFA meneceri Kamil Məmmədovun vasitəçiliyi ilə “Standard”a gəlmişdi. İntizamsız futbolçu təsiri bağışlayan Roşa o vaxtkı baş məşqçi Kaxaber Sxadadze tərəfindən heyətdən qovuldu. Maraqlıdır ki, Roşa “İnter”ə də məhz Kaxaber Sxadadzenin istəyi ilə cəlb olunub.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0