Zaur Tağızadənin “Neftçi”nin heyətində oynayacağı gün bəlli oldu
15.03.2010 - 13:46
Zaur Tağızadənin “Neftçi”nin heyətində oynayacağı gün bəlli oldu
Bakının “Neftçi” klubunun əsas kapitanı Zaur Tağızadənin zədəsi sağalıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu artıq kollektivlə məşqlərə başlayıb. Tağızadə Unibank Premyer Liqası çərçivəsində “Bakı”ya qarşı keçiriləcək oyunda forma geyinə biləcək. Həmin matç martın 21-də baş tutacağından, Tağızadənin dönüşü Novruz bayramına təsadüf edəcək.

Xatırladaq ki, Tağızadə ilkin mərhələnin “Qarabağ”la görüşündə zədələnib. Zaurun yoxluğunda kapitan sarğısını yığma komandamıza da çağırılan Rail Məlikov daşıyır.
0