Xaqani Məmmədov birinci dəstədə oynamaq istəyir
06.04.2010 - 16:37
“Ayın futbolçu seçilməyim sürpriz oldu. Mənim üçün sevindirici haldır. Səs verib məni bu mükafata layiq görən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bu cür tədbirlər hər bir futbolçu üçün əlavə stimuldur”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun hücumçusu Xaqani Məmmədov deyib.
Unibank və Peşəkar Futbol Liqasının birgə keçirdiyi sorğuya əsasən fevral ayının ən yaxşı futbolçusu seçilən Məmmədov son oyunlarda fərqlənə bilməməsini şansızlıqla əlaqələndirib: “Oyunlarda qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmirik. Mən bunu idman şansızlığı adlandırıram”.
“Karvan”ın son oyunlarda uğursuz çıxış etməsini heyətin tam komplektləşməməsi ilə əlaqələndirən təcrübəli hücumçu komandasının Unibank Premyer Liqasını tərk edəcəyi təqdirdə birinci divizionda oynamağa hazır olduğunu deyib: “Komanda yenidir. Heyət tam komplektləşməyib. Mövsümün sonunda rəhbərliklə söhbət edəcəyəm. Mənim üçün fərqi yoxdur. Əgər istəsələr, qalıb birinci dəstədə oynayacağam. Oynamamaqdansa, birinci dəstədə çıxış etmək daha yaxşıdır”.

0
0