Əfran İsmayılov: Qol vurmağa təcrübəm çatmır
08.04.2010 - 23:01
“Artıq 4 oyundur qələbə qazana bilmirik. “Neftçi” ilə görüşdə qələbə qazanıb bu uğursuz gedişə son qoymaq niyyətindəyik. Düzdür, həm “Neftçi”, həm də “Qarabağ” ötən tur uduzub. Onların da yaxşı heyəti var, bizim də. Ancaq üstünlüyümüz ondan ibarətdir ki, evdə oynayacağıq. Sonrakı 2 matçı da doğma meydanda keçirəcəyik. Bu da bizim üçün üstünlükdür. Çünki Quzanlıdakı qarşılaşmada azarkeşlər bizə sonacan dəstək olurlar. Bir sözlə meydana qələbə üçün çıxacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın və Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Gənc yarımmüdafiəçi komandasının son oyunlarda qələbə qazana bilməməsinə də münasibət bildirib. İsmayılov “Qarabağ”ın uğursuzluq zolağına düşməsini təcrübəsizlik və yorğunluqla əlaqələndirib: “Son qarşılaşmalarda yaxşı oynayırıq, ancaq yaratdığımız qol imkanlarından istifadə edə bilmirik. “Xəzər-Lənkəran”la oyunun buna sübutdur. İlk dəqiqələrindən 2-3 real imkandan yararlana bilmədik. Rəqib komandaların isə oyun ərzində 1-2 qol vəziyyəti olur, ondan da maksimum yararlanırlar. Özümün hər oyun qol vurmaq şansım olur. Bir epizodda qapıçı yaxşı oynayır, digərində təcrübəm çatmır. Bizim komanda gənclərdən qurulub. Ona görə də bir qədər təcrübəsizlikdən əziyyət çəkirik. Həm də, sanki uşaqlarda yorğunluq hiss olunur”.
22 yaşlı futbolçu “Qarabağ”ın ev oyunlarını Quzanlıda keçirməsini əlavə üstünlük hesab edir: “Oyunları Quzanlıda keçirməyimiz bizim üçün heç bir çətinliyi yoxdur. Əslində, oyunların Ağdamda keçirilməsinin tərəfdarıyıq. Çünki orada futbola böyük maraq var, həm də sonacan bizi dəstəkləyirlər. Bakının səsli-küylü həyatından uzaqlaşıb, beynimiz dincəlir. Yəni, oyuna tam hazır oluruq. Düzdür, əvvəllər təzə gələndə yorğunluq olurdu. Artıq öyrəşmişik. Yolda olduğumuz 6 saat müddət elə gəlib keçir ki, heç nədən xəbərimiz də olmur”.

0
0