Cüneyt Biçər “Xəzər-Lənkəran”ı məğlub etməyin yolunu göstərdi
08.04.2010 - 23:03
“Qarşıdakı matçın çətin keçəcəyi şübhəsizdir. Buna baxmayaraq, biz mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
Paytaxt təmsilçisi Unibank Premyer Liqasının qarşıdakı turunda “Xəzər-Lənkəran”la qarşılaşacaq. Bu oyun barədə klubun saytına açıqlamasında türk çalışdırıcı bildirib ki, komanda üzvləri istəkli olub, meydanda ürəklərini qoysalar, o zaman matçın sonunda sevinən tərəf olacaqlar: “Bütün rəqiblərimiz kimi “Xəzər Lənkəran”ın bizə və digər komandalara qarşı keçirdiyi oyunları izləyir, analiz edirik. Rəqibin müəyyən etdiyimiz zəif nöqtələrindən yararlanmağa çalışacağıq”.

0
0