Zaur Məmmədov: Hacıyevski mənə qayıdacağını deyib
19.04.2010 - 14:04
Zaur Məmmədov: Hacıyevski mənə qayıdacağını deyib
“Qyoko Hacıyevski ilə idman-direktoru vəzifəsində çalışmaq üçün anlaşmışıq. O, ötən həftə vətəni Makedoniyaya gedib. Mənə deyib ki, işlərimi qaydasına qoyub, qayıdacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Bu günlərdə Hacıyevskinin “Simurq”dan birdəfəlik ayrılması barədə informasiya meydana gəlib. Amma Məmmədov bildirib ki, makedoniyalı mütəxəssislə aralarında heç bir problem yoxdur: “Hər halda, məndə onun qayıtması ilə bağlı heç bir şübhə yeri qalmayıb. O, bu həftənin 5-ci gününə qədər ölkəmizdə olmalıdır. İndi belə informasiyaların haradan qaynaqlandığını deyə bilmərəm. 50 məsələ ortaya atıla bilər".

Xatırladaq ki, Hacıyevskinin maydan "Simurq"un baş məşqçi postunda ukraynalı Roman Pokoranı əvəzləyəcəyi söylənilir.