Azərbaycanlı futbolçu Türkiyədə het-trik etdi
16.05.2010 - 15:12
Azərbaycanlı futbolçu Türkiyədə het-trik etdi
Türkiyənin Alanya şəhərində FİFA, Türkiyə Futbol Federasiyası və Beynəlxalq Çimərlik Futbol Federasiyası tərəfindən təşkil olunmuş «Alanya Cup 2010» turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, son turda Rusiya yığması Türkiyə millisini 6:3 hesabı ilə məğlubiyyətə uğradaraq, turnirin qalibi olub. Millimiz Ukrayna yığması üzərində qazandığı 6:2 hesablı qələbə sayəsində isə 2-ci yeri tutub. Komandamızın heyətində Müslüm Hüseynov het-trik edib. Elşad Quliyev və Zeynal Zeynalov hərəyə 1 dəfə fərqləniblər. 1 qolu isə ukraynalı futbolçular öz qapılarından keçiriblər.