“Standard” başladı, “Standard” bitirdi
17.05.2010 - 10:02
Unibank Premyer Liqasının 2009/10 mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, ötən il avqustun 14-də başlayan çempionat ərzində 392 qol vurulub.
Baş tutan 192 qarşılaşmada orta məhsuldarlıq 2,04 topa bərabər olub. Mövsümün sonuncu qolu Zaqatalada vurulub. “Simurq”un “Standard”la görüşündə qonaqların sonuncu qolunun müəllifi Fərid Quliyev 392-ci topa imza atıb. O, 90+2-ci dəqiqədə hesabı 4:0-a çatdırıb.
Maraqlıdır ki, mövsümün ilk qolu da Premyer Liqanı tərk edən “Standard”ın futbolçusu tərəfindən vurulub. Lakin ötən il avqustun 14-də Salyanda “Muğan”a qarşı matçda sumqayıtlılar öz qapısına qol vurmuşdu. Premyer Liqanın ilk qolunu Oleq Qvelisiani öz qapısına vurmuşdu. Həmin matçda “Standard” 0:1 hesabı ilə uduzmuşdu.
Vüqar XEYRULLAYEV

0
0