Elvin Beçiri: Kuboku mütləq başımız üzərinə qaldırmalıyıq
17.05.2010 - 10:28
“Xəzər-Lənkəran” klubunun albaniyalı müdafiəçisi Elvin Beçirinin apasport.az saytına müsahibəsi
- Komandanız çempionluğun bir addımlığında olsa da, sonda IV yeri tutdu. Birinci yeri tutmağa nə mane oldu?
- Açığı, bilmirəm. Biz qələbə qazanıb, çempion olmağı çox istəyirdik. Ancaq bu futboldur və hərdən istədiyin alınmır. “Bakı”ya uduzduğumuza və çempionluğu qazana bilmədiyimizə görə, çox təəssüflənirəm. İndi Azərbaycan kuboku haqda düşünməliyik. Bizim hələ “Bakı” ilə final oyunumuz və mövsümü titulla bitirmək şansımız var.
- Cari mövsümün qış fasiləsində “Xəzər-Lənkəran”a keçdiniz və çox tezliklə Azərbaycan çempionu ola bilərdiniz...
- Buna qədər bir dəfə vətənim Albaniyada çempion olmuşdum. Ukraynada uzun müddət oynasam da, Donetskin “Metallurq” klubunun heyətində yalnız bürünc medal qazanmışdım. Azərbaycanda az müddət oynasam da, çempion ola bilməyimi real sayırdım. Məhz buna görə qızıl medalların əldən getdiyinə görə çox üzülürəm. Biz çempionluğa çox yaxın idik.
- Ancaq sonda 4-cü pilləyə düşərək, heç mükafatçılar sırasına düşə bilmədiniz...
- Biz çempion olmaq istəyirdik və liderliyi əldən verdikdən sonra gümüş, yoxsa bürünc medalçı olmağımız, yaxud 4-cü yeri tutmağımız vacib deyildi.
- Bəlkə problem evdə, güclü azarkeş dəstəyi altında oynadığınıza görə arxayınlaşmağınız və hamıdan qabaqda olduğunuzdan artıq özünü çempion kimi hiss etməyinizlə bağlı idi...
- Əlbəttə, psixoloji baxımdan bir az çətin idi. Ancaq bu, mövsümün oyunu, bizim üçün çox önəmli görüş idi. Hamı başa düşürdü ki, bu oyunda qalib gəlməliyik. Ancaq dediyim kimi, istədiyin həmişə alınmır.
- “Altılıq”da iki dəfə oynadığınız “İnter”in çempionluğa münasibətiniz necə oldu?
- Bu haqda pis söz deyə bilmərəm. “İnter” çempion olubsa, onu təbrik edirəm.
- Son üç oyunda qələbə qazana bilmədiniz, cəmi 1 xal topladınız. Ola bilərmi ki, qələbəni qazanmağı yadırğamanız həlledici təsir göstərdi?
- Ola bilər. Həmin görüşlərdə çoxlu xal itirdik.
- Yeri gəlmişkən, həmin vaxt zədə ilə bağlı problemimiz oldu...
- Deməzdim ki, qələbə qazana bilməməyimiz bu problemimlə bağlı idi. Sadəcə, uğursuz oyunlar seriyası keçirdik. Səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdik, “Qarabağ”a 1:2 hesabı ilə uduzduq. Əgər həmin oyunların heç olmasa birində qalib gəlsəydik, indi artıq çempion idik.
- Bu uğursuzluqdan sonra azarkeşləriniz qarşısında bəraət qazanmağınız lazımdır. Bu isə Azərbaycan kubokunu qazanmaqla mümkün olacaq.
- Əlbəttə, bu, belədir. Azarkeşlərimizin bizə olan inamını qaytarmalıyıq. Bu səbəbdən mütləq kuboku qazanmalıyıq. Həmin uğur xüsusilə azarkeşlərimiz üçün çox sevindirici olacaq. Çünki onlar bu mövsüm bizə öz dəstəkləri ilə çox kömək etdilər.
- Ancaq çempionluğu əldən buraxdığınıza görə onlar sizdən inciyiblər...
- Bu, başa düşüləndir. Çünki evdə oynayırdıq və azarkeşlərin qarşısında qalib gəlib, çempion olmaq lazım idi. Bu, baş verməyəndə tərəfdarların üzüntüsü anlaşılandır. Onlar bu vacib görüşdə uduzacağımız gözləmirdilər.
- “Bakı”ya çempionatda məğlubiyyətdən sonra kubokda ən azı psixoloji baxımdan çətin olacaq. Bunu ciddi problem sayırsınız? Bəlkə əvəz çıxmaq üzündən qələbə motivasiyanız daha böyük olacaq?
- Biz onu bilməliyik ki, mövsümdə mütləq bir kuboku başımız üzərinə qaldırmalıyıq. Bu, çempionluq olmadısa, ölkə kuboku olmalıdır. Hesab edirəm ki, bütün komanda yoldaşlarım həmin qələbənin vacibliyini başa düşərək, ona nail olmaq üçün bütün güclərini meydanda qoyacaqlar. Bu, həm özləri, həm də azarkeşlər, rəhbərliyimiz üçün lazımdır.
Mehman SÜLEYMANOV

0
0