Finalda revanş: “Xəzər-Lənkəran”ın başqa yolu yoxdur!
19.05.2010 - 23:42
"Xəzər-Lənkəran" yerində saydı. Ötən mövsümü 4-cü pillədə başa vuran cənublular cari çempionatı da eyni mövqedə bitirdilər. Yeganə fərq beynəlxalq arenaya qazanılmış vəsiqədir. Keçən il avrokubokdan kənar qalan cənub təmsilçisi bu dəfə analoji aqibətlə üzləşməyəcək. "Ağ-yaşıllar" Avroliqada qüvvəsini sınayacaq.
Təzyiqlərə sinə gərən Mircavadov
Mövsüm öncəsi Ağasəlim Mircavadovun "Xəzər-Lənkəran"a dönüşü birmənalı qarşılanmadı. Xüsusən də komandanın azarkeş saytlarında müxtəlif səpkili yazılar yazıldı, forumlarda təcrübəli çalışdırıcını təhqir edən ifadələrə yer verildi. Amma kənar təzyiqlərə rəğmən, Mircavadov səssiz-səmirsiz başını aşağı salıb, işi ilə məşğul oldu. Sözsüz ki, belə bir durumda rəhbərliyin ona arxa durması da həlledici rol oynadı. Klub rəhbərləri bu təzyiqlərin qarşısında aciz qalsaydı, çətin ki, Mircavadov dəstəksiz-filansız baş məşqçi postunda qalardı.
Uğurlu bazarlıq
Mövsüm üçün cənubluların transfer siyasətini uğurlu adlandırmaq olar. Xüsusən də legionerlər özlərini doğrulda bildi. "Xəzər-Lənkəran" ümumilikdə 8 əcnəbi transfer etdi ki, onlar da müxtəlif matçlarda işə yaradılar. Elvin Beçiri, Tomaş İneman, Tixon Şişov və İvan Pexa arxa xətdə etibarlı çıxışları ilə seçildiyi halda, hücumameylli yarımmüdaiəçi olan Kristian Kabral da qazanılmış qələbələrdə pay sahibi oldu. Hücum xəttinə yeni gətirilən futbolçulara gəlincə, Allan Lalin, Denis Kalinkov və Emeka Opara da özlərini yaxşı tərəfdən göstərə bildi. Xüsusilə də honduraslı Lalin Mario Souza ilə birgə komandanın ən çox qol vuran futbolçusu oldu: hərəyə 9 qol. Kalinkovu isə "Mircavadovun gizli silahı" adlandırmaq yerinə düşərdi. Moldova yığmasının üzvü bir çox matçlarda oyuna sonradan daxil olmaqla, vəziyyəti dəyişməyi bacarmışdı. Oparaya gəlincə, nigeriyalı forvard fərqlənmək baxımından çətinlik çəksə də, işlək oyunçudur. Təsadüfi deyil ki, baş məşqçi əksər oyunlarda ona "11-lik"də yer verirdi.
Sürpriz yenilgi
Mövsüm başlayandan "İnter"i qarabaqara izləyən "Xəzər-Lənkəran" final mərhələsində II dövrənin açılış turunda "bankirlər"in büdrəməsindən maksimum yararlandı. Paytaxt klubu qapazaltıya çevirdiyi "Neftçi"yə sürpriz şəkildə boyun əyincə, cənublular səfərdə "Qəbələ"ni məğlub edib, karvanın önünə keçdilər. Di gəl ki...
"Xəzər-Lənkəran" zirvəni daha erkən təhvil verə bilərdi. Məsələn, cəmi bir həftə sonra cənublular evdə "İnter" önündə oyunun sonuna yaxın vurduqları qolla məğlubiyyətdən qurtuldular. Və ya "Xəzər-Lənkəran"ın "Qarabağ"a uduzmasını götürək. "İnter" sonuncudan əvvəlki turda "Bakı"nı məğlub edib, həyəcanı öldürərdi. Amma görünür, qismət sonuncu tura imiş. Mövsüm ərzində "Fırtınalar meydanı"nda yenilgi üzü görməyən "Xəzər-Lənkəran" finişin bir addımlığında "Bakı"ya boyun əyməklə, nəinki qızıl medalları əldən verdi, hətta mükafatçılar sırasına düşə bilmədi.
Bəxtsizlik, yoxsa?
"Xəzər-Lənkəran"ın bu uğursuzluğunu hardasa bəxtsizlik də adlandırmaq olar: bu qədər döz, axırda gəl, sonuncu turda məğlub ol. Doğrudur, cənublular "Bakı" ilə heç-heçə edəcəyi təqdirdə belə, "İnter" çempion olacaqdı. Amma hər şeyə rəğmən, sonuncu turda uduzmaq yolverilməz idi.
Əslində, sözügedən matçda "Bakı" üçün özlərinin uduzması sərf edirdi. Çünki "Xəzər-Lənkəran" çempion olacağı halda, ölkə kubokunun finalçısı olan "zolaqlılar" Avroliqaya II təsnifat mərhələsindən qatılacaqdı. Doğrudur, "Bakı" istənilən halda istəyinə çatdı. Amma yekun fərqli də ola bilərdi. Əgər "Qarabağ" "Neftçi"ni yensəydi, "zolaqlılar" bürünc medallarla kifayətlənməli olacaqdılar. Görünür, "Xəzər-Lənkəran"ın oyunçuları da buna arxayın olublar və qarşılarında qələbəyə oynayan, döyüşən "Bakı" görüncə şoka düşüblər.
Ümumiyyətlə, cənubluların final mərhələsindəki çıxışını uğurlu adlandırmaq olmaz. "Xəzər-Lənkəran" 27 xaldan 12-ni həlledici mərhələdə topladı ki, bu da yaxşı göstərici deyil.
3 oyunda qalib gələn və eyni sayda da heç-heçə edən "ağ-yaşıllar" 4 matçda da xala həsrət qalıb. Mircavadovun yetirmələri xüsusən də səfər oyunlarında arzuolunmaz nəticələr əldə ediblər. Təsadüfi deyil ki, Lənkəran təmsilçisi yalnız "altılığ"ın autsayderi "Qəbələ"ni səfərdə üstələyə bilib.
Son şans
Çempion olmağı qarşısına məqsəd qoyan bir komanda 4-cü yeri tutursa, onun üçün mövsüm uğursuz hesab olunmalıdır. Amma "Xəzər-Lənkəran" üçün mövsümü tam itirilmiş də saymaq olmaz. Axı cənubluları qarşıda ölkə kubokunun finalı gözləyir. İstənilən halda, əyalət təmsilçisi Avroliqaya vəsiqə qazanıb. İndi mövsümü mükafatsız başa vurmamaq üçün "Bakı"nı yenmək lazımdır. Bu, həm də "ağ-yaşıllar" üçün qisas matçı olacaq. Lənkəranlılar onları çempionluqdan edən komandanı finalda məğlub etməklə, azarkeşləri ilə barışa bilərlər.
Mənbə: “Ekspressfutbol” qəzeti

0
0