“Bu münasibətin qabağında pul vacib deyildi” - MÜSAHİBƏ
20.05.2010 - 23:08
Azərbaycan yığmasının sabiq futbolçusu, son mövsümü “Muğan” klubunda keçirən Fərrux İsmayılovun apasport.az saytına müsahibəsi
- Necə düşünürsünüz, “Muğan” yenicə başa çatan mövsümdə məqsədinə nail oldumu?
- Təbii ki, hər bir komanda mükafatlar uğrunda, eləcə də, kubokun finalında oynamaq istəyər. Ancaq indiki məqamda “Muğan”ın Premyer Liqada qalması da, bizim üçün nailiyyətdir.
- Komandanız çempionata heç də pis başlamamışdı. Hətta bir ara turnir cədvəlinə də başçılıq etdiniz. Bəs sonra nə baş verdi?
- Bunu deyə bilmərəm. Kifayət qədər səbəb var. Ancaq mənim işim bunu araşdırmaq yox, futbol oynamaqdır. Baş məşqçidən soruşsanız, daha yaxşı olar. Bununla bağlı heç nə açıqlamaq istəmirəm.
- Əvvəlki baş məşqçi Kemal Alispahiç sizcə, harada yanlışlığa yol verdi?
- Bu mənə aid məsələ deyil. Biz futbolçuyuq və işimiz verilən tapşırığı meydanda yerinə yetirməkdir. Komandanın uğur qazanması üçün əlimizdən gələni əsirgəmədik. İkinci “altılığ”ın oyunları zamanı nəyə qadir olduğumuzu sübut etdik. Yaxşı kollektivimiz var. “Muğan”ın Hurtiçə tapşırılmasından sonra heyətdə müəyyən dəyişikliklər edildi. Onun inanaraq, etimad göstərdiyi futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Fikrimcə, buna nail oldular.
- Bəlkə əsas problem psixoloji hazırlığın zəif olması ilə bağlı idi?
- İndiki məqamda psixoloji gərginlikdən danışmaq olmaz. Ola bilsin, bu problem Alipahiçin baş məşqçi işlədiyi vaxtlarda olsun. Hurtiçin gəlişindən sonra işlər qaydasına düşüb. Rəhbərlik daim komandanın yanındadır və bizimlə yaxından maraqlanırlar. Elə ikinci “altılıq”da da yaxşı çıxış etməyimizdə bunun böyük rolu var. Təsadüfi deyil ki, doğma meydanda yalnız “Karvan”a məğlub olduq. Qalan görüşlərdə xal qazandıq.
- Bəs “Karvan”a niyə yenildiniz?
- Sözün düzü, “Karvan”a ciddi yanaşmadıq. Axırda da bunun acısını yaşadıq. Həmin oyuna zədəli olduğuma görə, iynə gücünə çıxmışdım. Oyundan sonra zədəm daha da ağırlaşdı.
- Maraqlıdır ki, məhz həmin oyundan sonra rəhbərlik qapıçı Edis Kurtanoviçi transferə çıxardı...
- Qeyd etdiyim kimi, zədəli olduğuma görə, mən Bakıda qalıb müalicəmi davam etdirirdim. Salyana demək olar, az gedirdim. Əsasən oyunlar zamanı komandanın yanında olurdum. Ona görə də, nə baş verdiyini dəqiq bilmədim. Sizin kimi, mən də eşitdim ki, Kurtanoviç transferə çıxarılıb.
- Ümumiyyətlə, Alipahiçlə Hurtiçi müqayisə edə bilərsinizmi?
- Alispahiç ancaq 11 nəfərə güvənirdi. Komanda udanda da, uduzanda da eyni futbolçulara şans verirdi. Ancaq Hurtiç fərqli taktika sərgilədi. O, bütün futbolçulara özlərini sübut etmək üçün şərait yaratdı. Həm də futbolçularla daha yaxın münasibət qurdu. Aradan sədd yaratmadı. Təbii ki, futbolda münasibətdən də çox şey asılıdır. Almir uşaqlara, uşaqlar da ona inandılar. Nəticədə “Muğan”ın nəyə qadir olduğu ortaya çıxdı.
- Ancaq etiraf edək ki, Hurtiçin gəlişin sonra da komanda qeyri-sabit çıxışı ilə yadda qaldı.
- Bu, futboldur. Udmaq kimi, uduzmaq da, heç-heçə etmək də var. Elə oyunlar oldu ki, həqiqətən bəxtimiz gətirmədi. Bəzi matçlarda isə şanssızlığın üzüntüsünü yaşadıq.
- “Muğan”la yeni müqavilə imzalamısınız. Qarşıdakı bir ildə də Salyan təmsilçisinin formasını geyinəcəksiniz. Şərtlər sizi tam qane edirmi?
- Deyilən şərtlər məni qane etdi. Klub rəhbərliyinin qayğısı qarşılığında komandadan gedə bilməzdim. Bəhruz müəllim (“Muğan”ın vitse-prezidenti Bəhruz Şirəliyev) təcrübəli futbolçu kimi komandada qalmağımı, eyni zamanda gələcəklə bağlı planlarını dedi. Razılaşdım. Bilirsiniz, bu münasibətin qabağında pul vacib deyildi. “Muğan”da qalıb pulsuz da oynaya bilərəm. Rəhbərlik bizə hörmətlə yanaşır, qayğımıza qalır. Biz də bunun qarşılığını verməliyik.

0
0