“Lex” Bakıya çarter reysi ilə gəlir
09.07.2010 - 14:21
“Lex” Bakıya çarter reysi ilə gəlir
“İnter”in Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Polşanın “Lex” klubu iyulun 12-də Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, iyulun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oyuna çıxacaq Poznan təmsilçisi çempionumuzla görüşə Bakıya bir gün qalmış təşrif buyuracaq.

Özü də rəqib ölkəmizə çarter reysi ilə gələcək. Polşalıları gətirən təyyarə saat 14:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Qonaqlar oradan qalacağı “Hyatt Recensu” otelinə yollanacaq. “Lex” həmin gün saat 20:00-da Respublika stadionunda məşqə çıxacaq.