Vurğun Hüseynov hansı komandada məşq edəcəyini bilmir
09.07.2010 - 14:39
“Hazırda hansı komanda ilə məşq edəcəyimi bilmirəm. Üzləşdiyim problem tezliklə həllini tapacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vurğun Hüseynov deyib.
Mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən ayrılaraq, “Xəzər-Lənkəran”la müqavilə imzalayan Hüseynov çətin vəziyyətlə üzləşib. Gənc müdafiəçi Lənkəran təmsilçisində oynamaq istəsə də, sabiq komandası “Turan” onu heyətində saxlamağa çalışır.
Müdafiə xəttindəki boşluğu Hüseynovla doldurmağa çalışan qərblilərin çalışdırıcısı Sakit Alıyev Vurğunun sabahdan “Turan”ın məşqlərinə qatılacağını istisna etməyib. Lakin Hüseynov tələsmir. Belə ki, ilkin müqavilə imzaladığı “Xəzər-Lənkəran” rəhbərliyi “Turan”la danışıqlarını davam etdirir. Futbolçu da cənub təmsilçisinin rəhbərliyindən cavab gözləyir. Onun Lənkəran klubuna keçidində maraqlı olan Ağasəlim Mircavadovun “Xəzər-Lənkəran”dan istefa verməsi isə gözlənilməz olub.

0
0