“Mircavadovun istefasını heç gözləmirdim” - MÜSAHİBƏ
09.07.2010 - 16:56
“Xəzər-Lənkəran” klubunun kapitanı Kamran Ağayevin apasport.az saytına müsahibəsi
- Avroliqada “Olimpiya”nın komandanızı mübarizədən kənarlaşdırmağa səbəb nə görürsünüz?
- Hesab etmirəm ki, bu, arxayınçılıqla bağlı idi. Arxayınçılıq uşaq vaxtlarında olur. Ancaq belə olmamalı idi. Heç bilmirəm, nə danışım...
- Hər halda, uğursuzluğa bir səbəb olmalıdır...
- Səbəb... Nə bilim? Sözümüzü deyə bilməmişik. Baş məşqçimiz Ağasəlim Mircavadov dedi ki, istəməzdik belə olsun. Ancaq qismətdir, biz nə edə bilərik? Görünür, nəsə çatmır.
- Belə nəticəni necə qəbul etmək olar?
- Bilmirəm. Biz futbol oynamaq üçün çox işləməli, məşq etməliyik.
- Azərbaycan klubları Moldova komandalarından maddi imkanlarına görə qat-qat üstündür. Ancaq hər dəfə onlara uduzuruq...
- Düzdür, onları hər cəhətdən üstələyirik. Sadəcə, heç özüm də nə olduğunu bilmədim. Mən heç vaxt belə şey görməmişdim.
- Bəzi MDB ölkələrində komandanızı “Qafqazın “Çelsi”si” adlandırırlar. Bəlkə problem rəqibə yuxarıdan aşağı baxmağınız, bir növ “ulduz xəstəliyi”nə tutulmağınızdadır?
- Bizə “Qafqazın “Çelsi”si deyirlər?
- “Xəzər-Lənkəran”ı postsovet məkanında, xüsusilə Moldovada belə tanıyırlar. Heç eşitməsiniz?
- Xeyr, birinci dəfədir eşidirəm. Futbolu 11 nəfər oynayır. Təkbətək oynamırsan, kollektiv şəkildə çıxış edirsən. Əlimizdən gələn bu idi.
- Sözlərinizdən belə çıxır ki, yumruq kimi birləşib, komanda oyunu göstərməlisiniz. Hesab edirsiniz ki, bəzi futbolçular komanda oyunundan kənarda qalırdı?
- Belə demək olar.
- Konkret kimləri nəzərdə tutursunuz?
- Öz futbolçularımıza inanmaq lazımdır. Konkret ad çəkmək istəmirəm. Məsələn, belə şeylər mənə dərs olmalıdır. Hər kəs özündə bu haqda bir az fikirləşsə, yaxşı olar.
- Buraxılan qolda özünüzü günahkar sayırdınız?
- Necə vururlar-vursunlar, top “çərçivə”dən keçdisə, deməli, qapıçı məsuliyyət daşıyır.
- Ancaq komanda yoldaşlarınız da qol vurmalı idi...
- Bəli, belə olmalı idi. Qalib iki oyunun nəticəsinə əsasən olmalıdır. Məsələni oradakı oyunda həll etmək lazım idi. Ancaq bir az ustalıq çatmadı. Dəqiq bilmirəm, nə çatdı-çatmadı. Ona qalsa, məndə çox şey çatmır. Birinci çatışmazlığı özümdə axtarıram.
- Bəlkə lazımınca məşq etmirsiniz?
- Niyə ki, məşq edirik... Sadəcə, bir var özünəinam, biri də var arxayınçılıq.
- Lənkəranlı azarkeşlər bu oyunu çoxdan gözləyirdi. Hər halda, bu “Xəzər-Lənkəran”ın avrokuboklarda doğma stadionunda ilk görüşü idi. Ancaq qələbə görməyən çoxsaylı insanlar çox üzüldülər. Onlardan üzr istəməyə hazırsınızmı?
- Mən uduzanda həmişə üz istəyirəm. Ancaq görürəm ki, belə də düzgün deyil. Lazımdırsa, hamımız birgə üzr istəyək. Yalnız qələbə qazanıb, lənkəranlıları sevindirmək lazımdır. Onlar üçün hələ heç nə etməmişik. İnşallah, növbəti oyunlarda sevindirərik. Həyat davam edir, bununla durmaq, geri çəkilmək də olmaz. Sadəcə, futbol oynamaq, əziyyət çəkmək lazımdır. Bu, elə idman növüdür ki, fərdi mübarizə aparılmır. Meydana çıxan 11 nəfər əziyyət çəkib, bunun bəhrəsini görməlidir. Əziyyət çəkməsən, heç vaxt oyunu uda bilməzsən.
- Bəlkə komandada mövsüm bitəndən sonra psixoloji yorğunluq var?
- Yorğunluq deyəndə ki, futbolçunun sənəti oynamaqdır. Futbolla da stressi üzərindən atırsan. Əgər futboldan yorulursansa, onda futbolçu deyilsən. Hərənin öz sənəti var. Sənətindən niyə yorulmalısan ki? Mən yorğunluq kimi şeyləri başa düşmürəm.
- Biz onu nəzərdə tuturuq ki, “qızıl dubl” etməyə yaxın olsanız da, mövsümü uğursuz başa vurdunuz. Bu mənada psixoloji təsir var idi...
- Ola bilər ki, komandada psixoloji təsir var. Bu da yaxşı hal deyil. Bunu qəbul etmək lazımdır ki, uduzmağı öyrənməmişik.
- Heyətin gücləndirilməsi ilə bağlı çoxlu müzakirələr gedir. Sizcə, yeni transferlər nə dərəcədə fayda verdi?
- Mən futbolçuyam və bu haqda heç bir şey deyə bilmərəm. Əlimdən gələni edirəm ki, verilən tapşırıqları yerinə yetirim.
- Artıq oyunun ikinci hissəsində stadionda istefa sədaları səslənirdi. Baş məşqçiniz Ağasəlim Mircavadov da oyundan dərhal sonra istefa verdi. Bunu necə qarşıladınız?
- Ağasəlim müəllim öz sözünü demiş məşqçilərdən biridir. Ona böyük hörmətimiz var. Belə olmamalı idi. Ancaq neyləyək, futbol belədir.
- Oyunun gedişində Mircavadovun istefaya çağırılmasını necə qəbul etdiniz?
- Uduzanda məni də təhqir edirlər. İdmanda belə şeylər olur. Ancaq nəzərə alaq ki, məşqçi də insandır.
- Nəticəyə görə məsuliyyəti təkcə baş məşqçi daşımalıdır?
- Yox. Məsuliyyəti hamı daşımalıdır. Çünki meydanda biz oluruq. Biz də vəzifəni yerinə yetirə bilməmişik.
- Şəxsən siz Mircavadovun qalmasını istəyirdiniz?
- Bəli, istərdim. Onun gedişi heç gözləmirdim də.
- Belə olacağını komanda daxilində hiss etmirdiniz?
- Yox. Çünki biz növbəti günlərə hazırlaşırdıq.
Mehman SÜLEYMANOV

0
0