Makedoniya yığmasının kapitanı “Neftçi”yə keçə bilər
09.07.2010 - 17:12
“Neftçi” Makedoniya yığmasının daha bir üzvünü transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” tanınmış futbolçu İqor Mitrevski ilə maraqlanır. Milli komandasının kapitanı olan 31 yaşlı müdafiəçi bu ilin mayın 29-da Avstriyada keçirilən yoldaşlıq görüşündə (3:1) iştirak edib. Həmin oyunu stadiondan izləyən “Neftçi”nin baş məşqçisi Arif Əsədov yarımmüdafiəçi Slavko Georgiyevskini bəyənmiş və sonradan transfer reallaşmışdı.
Mitrevski Moskva “Spartak”ında (2001-04, 120 oyun) ilə çıxışı ilə tanınaraq, Rusiya çempionluğu, kubokunu qazanıb. Almaniya bundesliqasında “Enerji” klubunun (2006-09, 75 oyun) şərəfini qoruyan makedoniyalı bu ildən Bolqarıstanda oynayır. İqor Sofiya MOİK-ində 4 oyun keçirib. Müdafiəçi 2001-ci ildən cəlb olunduğu yığmasında 62 oyuna 1 qol vurub.

- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
0
0