Vidadi Rzayevdən Allan Lalinədək
09.07.2010 - 18:18
“Xəzər-Lənkəran” klubunun hücumçusu Allan Lalin Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, vaxtilə yığmasında oynamış honduraslı futbolçu Lənkərandakı mərkəzi arenada avrokubok oyununda ilk qolumuzu vuran futbolçu oldu.
Düzdür, onun hesabı bərabərləşdirdiyi top bizi iki oyunun nəticəsinə görə məğlubiyyətdən xilas etmədi. İstənilən halda, bu tarixi qoldur və Allan tanınmış azərbaycanlı həmkarı Vidadi Rzayevin başladığı yolun davamçısı oldu.
Klublarımız 1994-cü ildən çıxış etdikləri avrokuboklarda ev oyunlarını müxtəlif stadionlarda keçirib. Maraqlıdır ki, bunlar arasında “siftə” Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionda olsa da, ora bizə düşərli olmadı. Yəni “Turan”ın Türkiyənin “Fənərbaxça” (0:4), “Kəpəz”in Avstriyanın “Austriya-Memfis” (0:4), “Neftçi”nin Kiprin APOEL klubu (0:0) ilə həmin arenadakı görüşlərində qol görmədik.
Baş arenamız olan Tofiq Bəhramov adına Respublika stadionunda debüt oyunda ilk olaraq rəqib qapımıza yol tapsa da, Vidadi Rzayev “Neftçi” ilə Sofiya “Lokomotiv”i arasında görüşdə hesabı bərabərləşdirməklə, tarixi qələbənin əsasını qoydu. Çünki bu, avrokuboklarda ilk qələbəmiz oldu. Gəncədəki şəhər stadionunda yeganə qolumuzun “Kəpəz”in rusiyalı legioneri Dmitri Smirnov olub. Elə Şəmkir şəhər stadionunda da cəmi bir qol vurmuşuq və bu da artıq karyerasını bitirən Paşa Əliyevin hesabına yazılıb.
UEFA əyalətdəki stadionlarımızdan daha sonra İmişli stadionunda avrokubok oyunu keçirməyə icazə verdi. Moldovalı yeni transfer Marçel Reşikta debüt görüşündə qələbə topuna imza atdı. Bakıda avrokubok oyunu keçirdiyimiz digər stadion “Şəfa”da ilk qol isə rəqibin adına yazılıb. Bu, Avstriyanın “Bregents” klubunun futbolçusu Patrik Pirxerdir. O, qapıları səhv salaraq, avtoqola imza atıb.
Bundan sonra fərqlənən “Xəzər Universiteti”nin yarımmüdafiəçisi Rəşad Abdullayev “Şəfa” stadionunda ilk qol vuran futbolçumuz kimi tarixə düşüb. Yeri gəlmişkən, ilk qol vuranlar arasında yalnız legionerin avtoqol etdiyi həmin İntertoto oyunu mərhələ keçdiyimiz görüş olub. Yəni qalanlarında klublarımız mübarizəni davam etdirə bilməyib.
Hazırda UEFA yalnız iki arenamıza – Respublika və Lənkərandakı stadionda avrokubok oyun keçirməyə icazə verir. Lənkəranlı azarkeşlər uzun müddətdir həsrətlə gözlədiyi öz stadionlarındakı oyunda qol görsələr də, qələbənin şahidi olmadılar. Lalinin vurduğu qol təsəllidən başqa bir şey olmadı.
Azərbaycan klublarının avrokuboklarda öz stadionlarında vurduğu ilk qollar
Tofiq Bəhramov adına Respublika stadionu
17 iyul 1996-cı il
UEFA kuboku, I təsnifat mərhələsi
İlk oyun
“Neftçi” – “Lokomotiv” (Bolqarıstan) – 2:1
Vidadi Rzayev
Gəncə şəhər stadionu
29 iyul 1998-ci il
Çempionlar Liqası, I təsnifat mərhələsi
Cavab görüşü
“Gəncə” – LKS (Polşa) – 1:3
Dmitri Smirnov
“Şəfa” stadionu
20 iyun 2004-cü il
İntertoto kuboku, I mərhələ
Cavab görüşü
“Xəzər Universiteti” – “Bregents” (Avstriya) – 2:1
Patrik Pirxer, öz qapısına
Şəmkir şəhər stadionu
29 iyul 2004-cü il
UEFA kuboku, I təsnifat mərhələsi
Cavab görüşü
“Şəmkir” – “Tbilisi”(Gürcüstan) – 1:4
Paşa Əliyev
İmişli, Heydər Əliyev adına şəhər stadionu
17 iyun 2006-cı il
İntertoto kuboku, I mərhələ
İlk oyun
“MKT-Araz” – “Tiraspol” (Moldova) – 1:0
Marçel Reşikta
Lənkəran mərkəzi stadionu
8 iyul 2010-cu il
Avroliqa, I təsnifat mərhələsi
Cavab görüşü
“Xəzər-Lənkəran” – “Olimpiya” (Moldova) – 1:1
Allan Lalin
Mehman SÜLEYMANOV

0
0