Yoahim Löv Azərbaycana gəlir
09.07.2010 - 17:55
Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv dünya çempionatından sonra da postunda qalacaq. Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssislə müqavilə daha iki il uzadılacaq.
Başqa sözlə, Löv 2012-ci il Avropa çempionatının sonunadək Bundestimin sükanı arxasında olacaq. Yeni anlaşmada baş məşqçinin əmək haqqı artırılacaq. Köhnə müqaviləsinə əsasən, Löv ildə 2,5 milyon avro alırdı. Yeni sövdələşmənin detalları isə iyulun 30-da keçiriləcək Almaniya Futbol İttifaqının iclasında təsdiqlənəcək.
Yoahim Löv 2006-cı il dünya çempionatından sonra istefa verən Yurgen Klinsmannı əvəzləyib. Löv Almaniya yığmasını 2008-ci il Avropa çempionatının finalına və 2010-cu il dünya çempionatının yarımfinalına çıxarıb. Hər iki halda Bundestim İspaniyaya uduzub – 0:1. İyulun 10-da bu komanda 3-cü yer uğrunda görüşdə Uruqvayla üz-üzə gələcək.
Qeyd edək ki, Almaniya millisi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqiblərindən biridir. Komandalar arasındakı ilk görüş sentyabrın 7-də Köln şəhərində, 2011-ci il iyunun 7-də isə Bakıda baş tutacaq.

- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- Lukas Torreyra: "Heç bir futbolçu "Qalatasaray"dan üstün deyil”
- Okan Buruk: "Qələbə bizi ilk 24-lüyə aparacaq"
0
0