Elnur Allahverdiyev: Bəzi futbolçularımız ürəklə oynamırdı
09.07.2010 - 23:10
"Xəzər-Lənkəran"ın "Olimpiya"ya evdə qollu heç-heçə edərək, iki oyunun nəticəsinə görə Avroliqada mübarizəni dayandırması komandanın yeni transferi Elnur Allahverdiyevi özündən çıxarıb. Apasport.az saytının “Ekspressfutbol” qəzetinə istinadən xəbərinə görə, yaxınlarda "Qarabağ"ı cənub təmsilçisinə dəyişən müdafiəçi moldovalılarla oyunda bəzi futbolçuların oynamaq istəmədiyini dilə gətirib: "Konkret ad çəkmək istəmirəm, amma bəzi oyunçularımız ürəklə oynamırdı. Onlar sadəcə, qaçmırdı, oynamırdı, qələbə üçün döyüşmürdülər. Demirəm bilərəkdən belə edirdilər. Sadəcə, həqiqətən belə idi. Səbəbini bilmirəm, amma onlar istəksiz oynayırdılar. Belə oyunlarda sadəcə, meydana çıxmaq yox, ürəyini qoymaq lazımdır".
Elnur uğursuzluğun ikinci səbəbindən də danışıb: "Rəqibi düzgün qiymətləndirmədik. "Olimpiya" Azərbaycanın aparıcı klublarından birinin uduzacağı komanda deyil. Rəqib çox zəifdir, hansı ki, 180 dəqiqə ərzində heç nə göstərmədi. Onlar bizi udmadı, biz qələbəni öz əlimizlə verdik".
Allahverdiyev Ağasəlim Mircavadovun istefa verməli olmadığını düşünür: "Mircavadovun günahı nə idi ki? Məgər o, bizim yerimizə qol vurmalıydı? Uğursuzluq komandanın günahıdır, baş məşqçinin deyil. O, yaxşı komanda formalaşdırmışdı. Fikrimcə, Ağasəlim müəllim gələcəkdə bizə fayda verə bilərdi".

0
0