“Gəlin, indidən “Visla” haqda düşünməyək”
16.07.2010 - 17:22
“Komandamızdakı futbolçuların uzun müddət bir yerdə oynaması, bizə nəticə qazanmaqda kömək edir. Son vaxtlar çox gərgin qrafikdə çalışırıq. Məşqlər, oyunlar, səfərlər bunun göstəricisidir. Ancaq futbolçularımızı bütün çətinliklərə baxmayaraq, “Portadaun”la səfər oyununda da sona qədər əzmkarlıq göstərdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Şimali İrlandiyada “Portadaun” üzərində 2:1 hesablı əzmkar qələbə qazanan Ağdam təmsilçisi növbəti mərhələyə çıxmaq vəzifəsini demək olar ki, yerinə yetirib. Özü də “Qarabağ”a səfər öncəsi nə qədər çətinliklərlə üzləşdiyini, Şimali İrlandiyaya yalnız oyun günü gedib çıxa bilməsi qələbənin əhəmiyyətini artırır. Qurbanov irlandiyalıları cavab görüşündə də yenməyə iddialıdır: “Hələ ötən il Avroliqada uğurlu çıxışımız futbolçularda özünəinam hissi oyadıb. İndi qazanılan hər qələbədən sonra bu inam daha da artır. Futbolçularda bir daha inam yarandı ki, hər komandaya qarşı oynamaq olar. İnşallah, cavab görüşündə də qalib qazanmaq istəyirik. Ancaq səfərdə qalib gəldiyimizə görə rahat olmamalıyıq. Hər oyunda düşünmədiyin nəticə ola bilər. Səhvləri yol verməyib, növbəti mərhələyə iki oyunda qələbə ilə çıxmağa çalışmalıyıq”.
Bu gün atılan püşkə əsasən, “Qarabağ” III mərhələdə Polşanın “Visla” klubu ilə görüşərək, ilk oyunu səfərdə keçirəcək. Hər halda, ölkəsinin ən titullu klubu olan Krakov təmsilçisi səfərdə Litvanın “Şaulyay” klubuna 2:0 hesabı ilə qalib gəlib. Bu isə evdə vəsiqənin rəsmiləşdiriləcəyi deməkdir. Ancaq tələsməməyi məsləhət bilən “Qarabağ”ın 38 yaşlı çalışdırıcı növbəti rəqib barədə daha sonra danışmağı üstün tutur: “Gəlin, indi “Visla” haqda düşünməyək. Çünki hələ qarşıda “Portadaun”la cavab oyunumuz var. Biz indi bütün diqqətimizi həmin görüşə yönəltmişik. İndi növbəti rəqib haqda qəti fikir bildirmək düzgün olmazdı. İnşallah, “Portadaun”u keçək, sonra bu haqda danışarıq”.
Mehman SÜLEYMANOV

0
0