“Bakı”nın legioneri vaxt istədi
16.07.2010 - 18:19
“Bakı”nın legioneri vaxt istədi
“Yaxşı oyun nümayiş etdirdik. Ancaq buraxdığımız bir səhv qapımıza vurulan qolla nəticələndi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yeni transferi İbrahim Karqbo deyib.

Komandaya tam uyğunlaşmadığını deyən Syerre-Leoneli futbolçu müəyyən qədər zamana ehtiyacı olduğunu bildirib: “Qol buraxdıqdan sonra bunu aradan qaldırmağa çalışdıq. Tətildən yeni qayıtmışam. Komandaya tam uyğunlaşmamışam. Müəyyən qədər zamana ehtiyacım var. Düşünürəm ki, ilk oyunum olmasına baxmayaraq, pis təsir bağışlamadım. Hər halda, komandamın qələbə qazanması üçün əlimdən gələni etdim. Havanın yağmurlu olması, buna baxmayaraq, azarkeşlərin də dəstəkləməsi biz futbolçularda əla əhval yaratmışdı”.

İbrahim cavab qarşılaşması haqda da fikirlərini bölüşüb: “Səfər qarşılaşmasına qələbə ilə yollanırıq. Şübhəsiz, bu da müəyyən üstünlükdür. Orada da ancaq qələbə qazanmaq üçün mübarizə aparacağıq. Səfərdə qələbə qazanacağımıza inanırıq. Hücumda Jaba və Soliç kimi güclü futbolçularımız var. Nəzərə almaq lazımdır ki, onlar uzaq məsafədən qüvvətli və dəqiq zərbələri ilə seçilirlər”.