Neaqaya yüksək qiymət verdilər
28.07.2010 - 09:02
Bakının “Neftçi” klubundan qovulan rumıniyalı futbolçu Adrian Neaqa Çempionlar Liqasının iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, vətənində “Unirya”da forma geyinən 31 yaşlı hücumçu turnirin III təsnifat mərhələsində “Zenit”lə (Rusiya) ev oyununda əsas heyətdə meydana çıxıb.
86-cı dəqiqədə əvəzlənən Neaqa “Neftçi”də olduğu kimi, 25 nömrəli formada oynayıb. Rus həmkarlarımız Adrianın çıxışını 5,5 balla qiymətləndirib ki, bu komandasının heyətində ən yüksək qiymətlərdən biri olub. Ancaq Neaqa da qələbəyə kömək olmayıb və öz meydanında rusların müqavimətini qıra bilməyən “Unirya” qolsuz heç-heçə ilə kifayətlənib. İndi bu komandalar avqustun 4-də Sankt-Peterburqda cavab görüşündə qalibi müəyyənləşdirəcək.
Qeyd edək ki, “Neftçi”də son il yarımda oynayan Neaqa ötən mövsümün sonuna bir tur qalmış kənarlaşdırıldı.

0
0