Vaqif Cavadov 7 dəqiqə oynadı
28.07.2010 - 09:36
Vaqif Cavadov 7 dəqiqə oynadı
Həmyerlimiz Vaqif Cavadovun formasını geyindiyi “Tvente” klubu təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Hollandiya təmsilçisinin rəqibi İspaniyanın “Getafe” klubu olub.

İspanların 2:1 hesabı ilə qələbə qazandığı oyunda 21 yaşlı hücumçumuz meydana start heyətində çıxmayıb. O, görüşün başa çatmasına 7 dəqiqə qalmış komandasının yeganə qolunu vuran Ruisi əvəzləyib.

Qeyd edək ki, Mişel Pryudomun yetirmələri növbəti oyunlarını iyulun 31-də keçirəcəklər. Həmin gün baş tutacaq superkubok görüşündə “Tvente” “Ayaks”la üz-üzə gələcək.