“Xəzər-Lənkəran” “poliqlot”la müqavilə bağladı
28.07.2010 - 10:13
“Xəzər-Lənkəran” “poliqlot”la müqavilə bağladı
Latviya yığmasının qapıçısı Denis Romanovun “Xəzər-Lənkəran”a keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi 32 yaşlı legionerlə iki illik müqavilə imzalayıb.

Bundan öncə isə Denis tibbi müayinədən keçib. Praqanın “Sparta” klubundan gələn Denis buna qədər Buxarest “Dinamo”sunda oynayıb. O, həmin komandada “Xəzər-Lənkəran”ın rumıniyalı yeni baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, lənkəranlıların yeni transferini poliqlot saymaq olar. Romanov doğma dili ilə yanaşı, rus, çex və ingilis dillərində də danışır.