“Barselona” maliyyə problemi ilə üzləşib
28.07.2010 - 10:47
“Barselona” tarixinin ən çətin dövrünü yaşayır. Apasport.az saytının məlumatına görə, klub rəsmisi Xavyer Faus Kataloniya komandasının 442 milyon avro borcunun olduğunu açıqlayıb.
Yarandığı gündən bu qədər borcu olmayan klubun belə çətin vəziyyətə düşməsində isə sabiq prezident Xoan Laporta günahkar hesab edilir. Faus bildirib ki, “Barselona” iflasa uğramasa da gəlirləri azlıq təşkil edir: “Komandamızın iflasa uğramaq qorxusu yoxdur. Lakin klubun xərcləri gəlirlərindən çoxdur. 1 il əvvəl 445,5 milyon avro xeyir əldə edilsə də, bu il məbləğ 408,9 milyon avroya düşüb. Xərclər isə 1 ildə 50 milyon avro artıb”.
Qeyd edək ki, komandaya ən böyük ziyanı “Deloitte” firması vurub. Onlar “Barselona”nı bu il 77,1 milyon avro geri salıblar.

0
0