Qyoko Hacıyevski “Bakı”dan futbolçu istəyir
28.07.2010 - 11:00
“Simurq”un baş məşqçisi Qyoko Hacıyevski “Bakı”da rəhbərliyi altında oynamış futbolçuya göz qoyub. Bu barədə apasport.az saytına açıqlama verən Zaqatala təmsilçisinin çalışdırıcısı bildirib ki, gənc yarımmüdafiəçi Səbuhi Həsənovu yenidən sərəncamında görmək istəyir.
Makedoniyalı mütəxəssis “Bakı”dan tanıdığı, çempion olduğu Səbuhinin keçidi üçün almaniyalı həmkarı Vinfred Şaferdən cavab gözləyir: “Səbuhi gənc, perspektivli futbolçudur. Yaxşı fiziki göstəricilərə malikdir. İndi ona oyun praktikası lazımdır. Bu mənada “Simurq” onun üçün yaxşı variantdır. Həsənov oynamaqla, yaxşı futbolçu ola bilər. Ancaq ehtiyatda oturmaqla, səviyyəsini artırmaq çətin olacaq. Səbuhinin məsələsi ilə bağlı “Bakı”nın baş məşqçisi Vinfred Şaferdən cavab gözləyirəm. Əgər futbolçu indi ona lazım deyilsə, icarəyə götürə bilərik”.
Qeyd edək ki, “Bakı” bundan öncə Səbuhini Salyanın “Muğan” klubuna icarəyə vermişdi.

0
0