Azərbaycan futbolçuları üçün xanım hakim - FOTO
28.07.2010 - 13:07
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində avqustun 21-də Uelslə, 4 gün sonra Çexiya ilə qarşılaşacaq qadınlardan ibarət Azərbaycan yığmasının oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, Uelslə matçda start fitini
Paloma Quintero Siles səsləndirəcək.
İspaniyalı referinin ədalət prinsiplərini qoruyacağı matç Nyutoun şəhərindəki “Lazam Park” stadionunda, saat 19:00-da baş tutacaq. Yığmamızın qrup mərhələsindəki sonuncu rəqibi olacaq Çexiya ilə görüşdə isə komandaları meydana Aneliya Sinabova çıxaracaq. Bolqarıstanlı referi “Horni Poçerniçe” stadionda baş tutacaq oyunun start fitini Bakı vaxtı ilə saat 20:00-da verəcək.

0
0