“Vitebsk”in yarımmüdafiəçisi “Turan”da - FOTO
28.07.2010 - 13:21
“Vitebsk”in yarımmüdafiəçisi “Turan”da - FOTO
Gürcüstanda təlim-məşq toplanışında olan və heyətini gücləndirməyə çalışan “Turan” bir neçə legioneri baxışa dəvət edib. Apasport.az saytının xəbərinə görə, Yuri Ksenzov “Olimpi” ilə oyunda Tovuz təmsilçisinin formasını geyinib. Ampluası sol cinah yarımmüdafiəçisi olan Ksenzovsun 29 yaşı var.

Latviyalı futbolçu karyerası ərzində “Jurmala”, “Dauqava”, “Auda”, “Ventspils”, “Ziben” klublarının formasını geyinib. Boyu 174 sm olan yarımmüdafiəçi son mövsümü Belarus çempionatında keçirib. O, “Vitebsk” klubunun uğurları üçün tər töküb. Yoxlama oyununda özünü yaxşı tərəfdən göstərməyi bacaran yarımmüdafiəçinin “Turan”a keçəcəyi realdır. Onunla klub vətənə döndükdən sonra müqavilə imzalanacaq.