Nadir Nəbiyev “Simurq”a keçə bilər
28.07.2010 - 13:49
Nadir Nəbiyev “Simurq”a keçə bilər
“Hələ klubsuzam. Amma danışıq apardığım komandalar var. Bu gün və ya sabah dəqiqləşəcək. İndi ad açıqlamaq istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu, son mövsümü “Turan”ın heyətində keçirən Nadir Nəbiyev deyib.

Tovuz futbol məktəbinin yetirməsi olan və iddialı klubların heyətində yer alan Nəbiyev mövsüm başa çatdıqdan sonra “Turan”dan ayrılıb. Daha doğrusu, Sakit Alıyev baş məşqçi təyin edildikdən sonra hücumçunun xidmətinə ehtiyac duymayıb. Özünə klub axtaran Nadir hələ də karyerasını harada davam etdirəcəyini dəqiqləşdirməyib. Danışıq apardığı klubların adını açıqlamasa da, onun “Simurq” və “Muğan” keçmək ehtimalının olduğunu öyrəndik. Hərçənd forvard bunu nə təsdiq, nə də təkzib etdi: “Variantlar var. Dəqiqləşdikdən sonra ad açıqlasam yaxşıdır”.