Əfran İsmayılov Rəşad Sadıqova çatdı
06.08.2010 - 13:31
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov komanda yoldaşı Rəşad Sadıqovun rekordunu təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, 22 yaşlı yarımmüdafiəçi Avroliqanın III təsnifat mərhələsində “Visla” (Polşa) ilə cavab görüşündə (3:2) hesabı açmaqla, avrokuboklarda bombardirimiz olan Rəşada çatdı.
Azərbaycan yığmasında da bir yerdə oynayan bu futbolçuların hesabında 5 qol var. Ancaq Əfranın üstünlüyü bunu bir mövsümdə etməsidir. Yəni o, 5 qolun hamısını Avroliqanın cari mövsümündə vurub. Sadıqov isə buna 2007, 2008-ci illərdə “Neftçi”də, 2009-da “Qarabağ”ın heyətində imza atıb. Yığmamızın kapitanı 5 qoldan 3-ü indiki, 2-ni keçmiş komandasında vurub.
“Visla”nın qapısına qol vuran digər iki futbolçumuzdan yarımmüdafiəçi Rəşad Sadıqov “Qarabağ”ın heyətində avrokuboklarda, hücumçu Rauf Əliyev isə ümumiyyətlə, qitə miqyaslı turnirdə qol hesabını açdı. Sadiqov vurduğu qollarını sayını 3-ə çatdırdı ki, bunlardan ilk ikisinə “Neftçi”də sevinib.
Özü də maraqlıdır ki, Rəşad da adaşı kimi Respublika stadionunda rəqib qapısına yol tapır. Bu, 2008-ci ildə İntertoto kubokunda Slovakiyanın “Nitra” (2:0) və Rumıniyanın “Vaslui” klubları ilə görüşdə (2:1) olub. Göründüyü kimi, Rəşadlar evdə vurduqları qollarla komandalarının qələbəsində pay sahibidir.
Mehman SÜLEYMANOV

0
0