Yığmamız qələbəni yenə əldən verdi - YENİLƏNİB
11.08.2010 - 21:50
Yığmamız qələbəni yenə əldən verdi - YENİLƏNİB
Azərbaycan yığması bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Küveytlə qarşılaşıb. Bu, futbolçularımızın AVRO-2012-nin gələn ay start götürəcək seçmə mərhələsi ərəfəsində son yoxlama oyunu olub.


Ötən il fevralın 11-də səfərdə ərəblərin qonağı olmuş Berti Foqtsun yetirmələri həmin görüşdən heç-heçə ilə ayrılmışdılar. Üç oyundur qələbə qazana bilməyən yığmamız bu seriyanı məhz Qoran Tufedjiçin yetirmələri ilə matçda qırmağa borclu idi. Amma tarixinin 167-ci oyununda millimiz qələbəni əldən verib. İlk yarıda Elvin Məmmədovun vurduğu qola küveytlilər matçın sonunda cavab veriblər. Ötən il baş tutan qarşılaşmada da əvvəl hesabı komandamız açmış, ərəblər isə tarazlığı bərpa etmişdilər.

Yoldaşlıq oyunu

21:00. AZƏRBAYCAN - KÜVEYT - 1:1
QOLLAR: Elvin Məmmədov, 41 - Bader Almutva, 82
Baş hakim: Sergey Karasyov
Baş hakimin köməkçiləri: Vitali Drozdov, İlya Barışnikov (hamısı Rusiya)
Dördüncü hakim: Anar Salmanov (Azərbaycan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k) (15. Ruslan Abışov, 46), 13. Vladimir Levin, 18. Maksim Medvedev (2. Rail Məlikov, 46), 20. Ruslan Əmircanov (Cavid Hüseynov, 86), 6. Rəşad Sadiqov, (Samir Abasov, 65) 5. Elnur Allahverdiyev, 10. Elvin Məmmədov, (19. Rahid Əmirquliyev, 78) 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 24. Fərid Quliyev (11. Rauf Əliyev, 46).

KÜVEYT: Xalid Əl Rəşdi, 13. Yarah Alateqi, 18. Ahmer Əl Matuq (k) (8. Mesid Alenzi, 56), 16. Hamid Yusif, 4. Məhəmməd Sanad, 5. Saleh Alhendi, 3. Əli Məqsəd, 27. Xalid Əl Qahtani, 7. Xalid Matar, 15. Talal Alamer (10. Valid Yumah, 46), 17. Abduli Əl Şmali.

Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın 7-də, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniyada meydan sahiblərinə qarşı keçirəcək.