Elnur Allahverdiyev: Yeni mövqedə özümü heç də narahat hiss etmirdim
11.08.2010 - 23:34
Elnur Allahverdiyev: Yeni mövqedə özümü heç də narahat hiss etmirdim
“Hava çox isti idi. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik. Sona yaxın qapımızda qol buraxmaqla, hesabdakı üstünlüyümüzü əldən verdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Elnur Allahverdiyev deyib.

Azərbaycan – Küveyt yoxlama matçında baş məşqçi Berti Foqts indiyə qədər müdafiənin solunda şans verdiyi futbolçunu dayaq yarımmüdafiəçisi kimi meydana buraxmışdı. Yeni ampluada özünü rahat hiss edən müdafiəçi Almaniya yığmasında kimlərə qarşı oynayacağını da açıqlayıb: “Foqts məni bu mövqedə yoxlamaq istədi. Almaniya yığması ilə oyunda Məsud Özil və Mixail Ballak kimi futbolçulara qarşı oynayacağam. Məncə, pis alınmadı. Özümü heç də narahat hiss etmirdim”.