“Krılya Sovetov” klubu Vaqif Cavadovla danışıqlara başladı
11.08.2010 - 23:52
“Krılya Sovetov” klubu Vaqif Cavadovla danışıqlara başladı
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov “Krılya Sovetov” klubuna keçə bilər. Apasport.az saytının xəbərinə görə, bu barədə Samara təmsilçisinin prezidenti səlahiyyətlərini icra edən Viktor Razveyev açıqlama verib: “Bizim komandanın hücum xəttində problem var. Bu səbəbdən 3 hücumçu ilə danışıq aparırıq. Bunlardan biri Uruqvay yığmasının üzvü, biri isə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovdur”.

Qeyd edək ki, Cavadovun hazırda şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubundan ayrılacağı gözlənilir.