“Lənkəranda bizi ciddi sınaq gözləyir”
20.08.2010 - 13:05
“Lənkəranda bizi ciddi sınaq gözləyir”
“Lənkəranda bizi ciddi sınaq gözləyir. Bu oyunu 6 xal uğrunda mübarizə də adlandırardım. Yüksək futbol nümayiş etdirməyə və qalib gəlməyə çalışacağıq”. apasport.az saytının xəbərinə görə, bu sözləri “İnter” klubunun futbolçusu Mario Souza deyib.

Mövsümlərarası fasilədə “Xəzər-Lənkəran”dan “İnter”ə keçən braziliyalı legioner bildirib ki, sabiq komandası ilə oyunda ancaq 3 xal qazanmaq haqqında düşünürlər. O, meydana hansısa qisas ruhunda çıxmayacağını, bunun adi çempionat oyunu olduğunu söyləyib: “Bu, mənim üçün adi oyunlardan biridir. Mən “Xəzər-Lənkəran” komandasında çıxış etmişəm, lakin həyatımın bu səhifəsi keçmişdə qaldı. İndi mənim bir komandam var - “İnter”.