“Biz Azərbaycan futbolunda yenilik etmək istəyirik” - FOTO
20.08.2010 - 12:55
“Əsas məqsədimiz futbolu biznes sahəsinə çevirməkdir. İstəyirik ki, bu sahənin inkişafında tək dövlət qurumları deyil, şirkətlər də maraqlı olsunlar”. Apasport.az saytının məlumatına görə, bunu bmi (British Midland İnternational) və “Qəbələ” klubunun onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində Səməd Nəsibov deyib.
“Qəbələ” klubunun marketinq üzrə direktoru bildirib ki, onlar futbolun biznesə çevrilməsi üçün hələ toxum səpirlər: “Bu sahəni inkişaf etdirmək üçün üzərimizə ciddi məsuliyyət düşür. “Qəbələ” klubu olaraq hələ toxumları səpirik. 2 həftə öncə “Hyundai” avtomobil şirkəti ilə rəsmi müqavilə imzaladıq. Bizim digər tərəfdaşımız bmi-dir. Müsabiqəni də onlarla birlikdə keçirmişik. Amma gələcəkdə bmi ilə əlaqələri daha da genişləndirərək, daha böyük layihələr həyata keçirməyi planlaşdırırıq”.
Nəsibov “Qəbələ”ni gələcəyin komandası adlandırıb. Onun sözlərinə görə, ilk II turda məğlubiyyət onları heç də ruhdan salmayıb: “Biz “Qəbələ”ni 1 günlük və ya 1 anlıq deyil, gələcək üçün qururuq. Əsas məqsədimiz uşaq və yeniyetmə futbolunun inkişafı və bu oyunun gələcək biznesini qurmaqdır. Fikrimcə, “Qəbələ” “Neftçi” ilə oyunda uduzsa da, ölkə futboluna yeni sima bəxş etdik. Komandamızın gənc üzvü Tarzin Cahangirov güclü rəqibə qarşı 30 dəqiqə mübarizə apardı”.
“Qəbələ” gələcəkdə tərəfdaşlarının sayının artırılmasını və stadiona daha çox azarkeş toplamağı da planlaşdırır. Klubun marketinq üzrə direktoru bildirib ki, bu sahədə ciddi işlər gedir: “Biz Azərbaycan futbolunda yenilik etmək istəyirik. Stadionumuz hələ tam hazır deyil. Yeni stadionun layihə üzrə işlərə yanvardan start veriləcək və 18 aya tamamlanacaq. Stadion 15-16 min azarkeş tutumuna malik olacaq. Bunun üçün hazırda dolu tribunalar qarşısında oynasaq da, gələcəkdə də belə olmasını istəyirik. Əsas siyasətimiz buna yönəlib. Yeni fanklubumuz olacaq və onlar bu tərəfdaşları toplamaqda çətinlik çəkməyəcəklər. Azarkeşlər də meydanda tamaşaya deyil, futbola baxacaqlar”.

0
0