Emil Mpenza üçün yeni şans
20.08.2010 - 13:03
Emil Mpenza üçün yeni şans
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Belçika millisinin heyətini açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Georges Likens yeni siyahıya “Neftçi”nin futbolçusu Emil Mpenzanın da adını daxil edib.

Paytaxt klubunun şərəfini qoruyan hücumçu sentyabrda komandasının Almaniya və Türkiyə ilə oyunlarında meydana çıxmaq şansı qazanıb. Son yoldaşlıq qarşılaşmasında milli komandaya çağırılmayan və bu mötəbər görüşlər ərəfəsində yenidən yığmaya cəlb edilən Mpenza indiyədək 57 görüşdə Belçika komandasının formasını geyinib.

Qeyd edək ki, belçikalılar sentyabrın 3-də Brüsseldə Almaniya, 7-də isə İstanbulda Türkiyə ilə qarşılaşacaqlar.