Hans-Yoahim Vatzke: “Qarabağ” şoka düşdü
20.08.2010 - 13:15
“Biz sonadək mübarizə aparmadıq. “Qarabağ” isə ilk 10 dəqiqədə yaxşı oyun nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya” klubunun İdarə Heyətinin sədri Hans-Yoahim Vatzke deyib.
O bildirib ki, Avroliqanın pley-off mərhələsində “Qarabağ” şoka düşüb və qapıçıları üçün heç bir təhlükə yaratmayıb: “Biz rəqiblə qarşılaşmada çox gözəl oynadıq. Azərbaycanlılar bu oyun nəticəsində sona kimi şokda idilər. Bizim qapıçı isə 90 dəqiqə ərzində işsiz qaldı və elə də çətinliklə üzləşmədi. Bir sözlə, cavab oyununa 4 top irəlidə çıxacağıq və bu da bizim üçün əlavə üstünlük deməkdir”.
“Borussiya”nın Qurban Qurbanovun yetirmələrinin qapısından 4 cavabsız top keçirməsi futbolçularda əlavə ruh yüksəkliyi yaradıb. Vatzkenin sözlərinə görə, belə gözəl qələbədən sonra Bundesliqada “Bayer”lə oyuna rahat çıxmaq olar: “Bu qələbə çempionatın startı ərəfəsində bizə güc verdi. Cavab oyunundan öncə “Bayer”lə oyuna rahat çıxa bilərik. İnanıram ki, uşaqlar beynəlxalq görüşdə qələbədən sonra bu matçda da əzmkarlıq göstərəcəklər”.

0
0