Lənkəranda prinsipial görüş, yaxud “Neftçi” zirvəyə can atır
20.08.2010 - 13:31
Lənkəranda prinsipial görüş, yaxud “Neftçi” zirvəyə can atır
Sabah Unibank Premyer Liqasında III turun görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk günündə baş tutacaq qarşılaşmaların hərəsi bir vaxtda başlayacaq. İlk qarşılaşma Gəncədə oynanılacaq. İkinci dəfə doğma publika önünə çıxacaq meydan sahibləri ilk iki turu itkisiz başa vuran AZAL-ı qəbul edəcək.

Zirvədə “təyyarəçilər”ə şərik olan digər iki komanda isə bir-biri ilə qarşılaşacaq. “Xəzər Lənkəran” və “İnter” arasında görüş xal itirməməklə yanaşı, qol da buraxmayanların dueli olacaq. Şənbənin son matçında isə “Neftçi” “Simurq”u qəbul edəcək. Turnir cədvəlində özündən irəli buraxdığı hər 3 komandadan sonra meydana çıxan bakılılar rəqiblərinin oyunlarının nəticəsindən xəbərdar olacaq. Belə ki, flaqman hadisələrin uğurlu axarında zirvəyə də qalxa bilər.

Bazar günü keçiriləcək görüşlər isə nisbətən az maraq kəsb edir. Hər halda, ilk 4 pillədə qərarlaşanların bir gün əvvəl oynamağı belə deməyə əsas verir. Bazar günü meydana çıxacaq komandaların heç biri zirvəyə yüksələ bilməyəcək. Rəqiblərini Suraxanı qəsəbə stadionunda qəbul edən iki komanda – MOİK və “Qarabağ”, həmçinin əyalət təmsilçiləri “Turan”la “Muğan” eyni vaxtda meydana çıxacaqlar. “Hərbçilər” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Borussiya”dan ağır zərbə alan “Qarabağ”ın durumundan yararlana bilər. Tovuzlular isə ilk qələbəni qazanmaq üçün yalnız “doğma divarlar”ın köməyinə ümid edəcək.

Tura “Bakı” və “Qəbələ” arasında matçla yekun vurulacaq. Ötən mövsüm uğurla çıxış edən klublar gerçəkləşdirdikləri baş məşqçi dəyişikliyi və heyətdəki islahatlardan sonra hələ ki, oyununu tapa bilməyiblər. Paytaxtdakı görüş bütün dünyada tanınan simaların – Vinfred Şaferlə Toni Adamsın dueli kimi də əlamətdardır. Onların hər ikisi Azərbaycan çempionatında ilk xalını və qələbəsini bayram etməyə çalışacaq.

Unibank Premyer Liqası
III tur
21 avqust (şənbə)


18:00. "GƏNCƏ" - AZAL
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə. Şəhər stadionu

20:00. "XƏZƏR LƏNKƏRAN" - "İNTER"
Hakimlər: Fariz Yusifov, Orxan Məmmədov, Mehman Mahmudov, Rauf Cabbarov
Lənkəran. Mərkəzi stadion

21:00. "NEFTÇİ" - "SİMURQ"
Hakimlər: Elnur Muradov, Roman Vasilyev, Munis Abdullayev, Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22 avqust (bazar)

18:00. MOİK - "QARABAĞ"
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Yaşar Abbasov, Əfqan Həmzəyev
Baki. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "TURAN" - "MUĞAN"
Hakimlər: Anar Salmanov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu

20:00. "BAKI" - "QƏBƏLƏ"
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Ramiz Əsədov, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

"İnter"

2

2

0

0

4-0

6

2

"Xəzər Lənkəran"

2

2

0

0

3-0

6

3

AZAL

2

2

0

0

4-2

6

4

"Neftçi"

2

1

1

0

3-1

4

5

MOİK

2

1

0

1

3-3

3

6

"Muğan"

2

1

0

1

3-3

3

7

"Gəncə"

1

0

1

0

1-1

1

8

"Qarabağ"

1

0

1

0

1-1

1

9

"Simurq"

2

0

1

1

1-3

1

10

"Bakı"

2

0

0

2

2-4

0

11

"Qəbələ"

2

0

0

2

0-3

0

12

"Turan"

2

0

0

2

0-4

0



Bombardirlər: Qvidas Yuşka (AZAL), Jaba (“Bakı”), Bahodir Nasimov (“Neftçi”), Anar Qasımov (MOİK) – 2.