Bender: Bakıya rahat yollanmaq şansı qazanmışıq
20.08.2010 - 14:21
“Biz gözəl oyun nümayiş etdirərək, inamlı qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avroliqanın pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a 4:0 hesabı ilə qalib gələn “Borussiya”nın futbolçusu Sven Bender deyib.
Qurban Qurbanovun yetirmələri ilə görüşdə meydana sonradan çıxan Bender bildirib ki, böyük hesablı qələbə cavab görüşündə ərəfəsində üstünlük yaradıb: “İlk görüşdən sonra Bakıya rahat yollanmaq şansı qazanmışıq. Bu gün həqiqətən gözəl oyun nümayiş etdirdik. 4:0 hesablı qələbə növbəti oyunda da bizə əlavə ruh yüksəkliyi verəcək. Çalışacağıq sona kimi mübarizə aparaq və qrafik sıx olsa da, uğurlu seriyanı davam etdirək”.
Qeyd edək ki, Bender görüşün 66-cı dəqiqəsində “Borussiya”nın kapitanı Sebastyan Keli əvəz edib.

0
0