Əfran İsmayılov: Bakıda qalib gəlib, yarışı alnıaçıq tərk etməliyik
20.08.2010 - 15:09
“Komandamızın “Borussiya” ilə səfərdəki oyununu izlədim. Çox pis oldu. Futbolçular komanda şəklində istənilən oyunu sərgiləyə bilmədilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Zədəli olduğu üçün komandasına kömək edə bilməyən, “Borussiya” ilə Avropa Liqasının pley-off mərhələsinin ilk matçını televiziyadan izləyən İsmayılovun qarşılaşma haqda fikirlərini açıqlayıb. Onun fikrincə, məğlubiyyətin əsas səbəbi futbolçuların özlərini toparlaya bilməməyidir: “Birinci qol uşaqları ruhdan saldı. Komanda oyuna pis başlamamışdı. Sadəcə, futbolçular özlərini əla ala bilmədilər. Buraxılan qoldan sonra ruh düşkünlüyü yarandı. Azarkeş amilinə gəldikdə, bunun elə də təsiri olmadığını düşünürəm. Çünki “Visla” ilə qarşılaşmada azarkeşlər qulağımızın dibində qışqırırdılar”.
Əfranın “Qarabağ”ın mərhələ adlayacağına ümidləri cüzi olsa da, ən azı qələbə qazanıb, turniri alnıaçıq tərk etməyin vacibliyini bildirib: “Ümid sonda ölür. 5-10 faiz də olsa, şansımız var. Ancaq mərhələ adlamağımız çox çətin olacaq. Heç olmasa, Bakıda qalib gəlib, azarkeşlərin alqışları altında yarışı alnıaçıq tərk etməliyik”.
Qeyd edək ki, İsmayılov “Qarabağ”ın avrokuboklardakı ən məhsuldar futbolçusudur. Onun hesabında 5 qol var.

0
0