Azərbaycan yığması sonuncu pillədə qalacaq?
20.08.2010 - 15:19
Azərbaycan yığması sonuncu pillədə qalacaq?
Sabah qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropa zonasının VIII qrupunda çıxış edən Azərbaycan yığması səfərdə Uels milli komandasını sınağa çəkəcək.

Qrupda yeganə qələbəni (2:1) uelslilər üzərində qazanan Şamil Heydərovun yetirmələri bu dəfə də eyni uğuru təkrarlayarlarsa, 4-cü pilləyə yüksəlmək şansı qazanacaqlar.
Komandamız 7-ci görüşünə Bakı vaxtı ilə saat 19:00-da çıxacaq və oyunu ispaniyalı hakim Paloma Quintero Siles idarə edəcək.

Qeyd edək ki, aktivində 4 xalı olan yığmamız belçikalılarla da heç-heçə etmişdilər.

21 avqust

19:00. Uels – Azərbaycan
Baş hakim: Paloma Quintero Siles (İspaniya)
Nyutaun. “Letem Park” stadionu


1 İsveç 6 5 1 0 30-2 16
2 Çexiya 6 3 1 2 11-5 10
3 Belçika 8 3 1 4 18-13 10
4 Uels 6 2 0 4 7-11 6
5 AZƏRBAYCAN 6 1 1 4 2-37 4